Haqqımızda

Azerbaijan Design Award 19 layihəsi ölkəmizdə bir ilkdir. Layihənin təşkilatçıları bir neçə dizaynerdən ibarətdir. Bu müsabiqə ölkədə dizayn səviyyəsinin yüksəldilməsi məqsədilə həyata keçirilir. Son illərdə beynəlxalq aləmdə dizayn trendləri çox sürətlə yenilənir. Lakin ölkəmizə bu trendlər gec gəlib çatır. Məqsədimiz dizaynın keyfiyyətini yüksəltməklə dünya səviyyəsində dizaynerlərlə ayaqlaşmaq üçün mühit yaratmaqdır. Müsabiqəyə qoşulmaq üçün ilk öncə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçəndən sonra müvafiq kateqoriya üzrə işi təqdim etmək lazımdır. Təqdim olunan layihələri ilk öncə təşkilatçılar süzgəcdən keçirəcək. Şərtlərə uyğun gəlməyən işlər qəbul olunmayacaq. Qəbul olunan işlər isə sayt üzərindən anonim olaraq münsiflərə təqdim olunacaq. Gizli səsvermə keçiriləndən sonra “short list” elan olunacaq. Bu siyahıda hər kateqoriya üzrə 5 layihə yer alacaq. Nəticələr final gününə qədər təşkilatçılar tərəfindən gizli saxlanılacaq. Final günü münsif, iştirakçı və digər dəvətlilərin qarşısında möhtəşəm tədbirdə qaliblər elan olunacaq. Hər bir iştirakçıya uğurlar arzulayırıq!

Azerbaijan Design Award 19 layihəsi 8 kateqoriya üzrə dizayn müsabiqəsi 21 dekabr tarixindən etibarən açıq elan olundu. Müsabiqəyə 45 gün ərzində dizayn layihələri təqdim edildi. 

Şərtlər

  • İştirakçı olmak üçün rəsmi saytımızda qeydiyyatdan keçmək lazımdır.
  • Hər iştirakçı, hər kateqoriya üzrə yalnız 2 layihə təqdim edə bilər.
  • Hər layihə 5 şəkildən ibarət olmalıdır.
  • Hər yüklənən şəklin maksimum ölçüsü 5 mb olmalıdır.
  • Təqdim olunan hər şəklin yanında şəkli izah edən qısa mətn olmalıdır.
  • Təqdim olunan layihələr sizə məxsus olmalıdır.

Müsabiqə üçün verilən vaxt bitdikdən sonra qəbul olunmuş dizayn layihələri anonim olaraq münsiflər heyətinə yönləndiriləcək. Münsiflər onlayn - sayt üzərindən səsvermə apardıqdan sonra hər kateqoriya üzrə 5 nominant elan olunacaq. Mart ayında təşkil olunacak möhtəşəm final gecəsində isə hər kateqoriya üzrə 1 qalib layihə elan olunacaq. Qalib olan şəxslər Azerbaijan Design Award layihəsinə məxsus kubok və sertifikatla təltif olunacaq. Bundan əlavə sponsor və tərəfdaşlar tərəfindən qaliblərə hədiyyələr təqdim olunacaq.

 

İlk Azerbaijan Design Award 19 layihəsi başa çatdı. Qalibləri təbrik edirik!

1. Brendinq - Ramin Həsənəlizadə - Bakı Metropolitenin 50 illik yubiley tədbirinin tərtibatı
2. Qablaşdırma - Rahib Demirqaya - Şahbuz təbii süfrə və müalicəvi mineral suyu
3. İnteryer və eksteryer - Ayaz Bagirov - Bakı Mədəniyyət Mərkəzi
4. Sənaye - Ayla Mirza Zada - MO
5. İllustrasiya - Vusala Rustamzade - Rəqəmsal illustrasiya
6. Veb - Kamran Mədətli - IMDb
7. Print və outdoor - Mirelvin Məmmədhəsənli - Tabasco Ads
8. Tətbiqetmə - Amal Alili - Musicafy Smart Home Sound Controller App Concept

 

Azerbaijan Design Award 20 tezliklə!

Təşkilatçılar

RAMİN NƏSİROV

RAMİN NƏSİROV

Həmtəsisçi - Qrafik dizayner

RƏHİM İSMAYILOV

RƏHİM İSMAYILOV

İdeya müəllifi, həmtəsisçi - Art direktor

ELŞƏN QULİYEV

ELŞƏN QULİYEV

Həmtəsisçi - Art direktor, Senior UX/UI dizayner və təlimçi