Xəbərlər

image

Azerbaijan Design Award çərçivəsində Mədəniyyət Nazirliyi və Kreativ Azərbaycan portalı xüsusi loqo müsabiqəsini elan edir

2019-cu ildə Bakı şəhəri UNESKO-nun xüsusi qərarı ilə bu təşkilatın Yaradıcı Şəhərlər
Şəbəkəsinə “Dizayn” tematikası üzrə daxil edilmişdir. Bu əsasda Azerbaijan Design Award
müsabiqəsi çərçivəsində Bakı Dizayn Şəhərinin xüsusi loqosunun hazırlanması üçün
Azərbaycan Respublikasının Mədəniyyət NazirliyiKreativ Azərbaycan portalı loqo
müsabiqəsini elan edir.
Müsabiqənin qalibi Apple Macbook Air 2019 noutbukunu qazanacaqdır. Mükafat qalibə
Azerbaijan Design Award müsabiqəsinin yekun tədbirində təqdim olunacaqdır.
Ölkəmizin bütün dizaynerlərini bu müsabiqədə iştirak etməyə dəvət edirik!
Layihələr azerbaijandesignaward.com saytında xüsusi “Baku Design City” kateqoriyasında
qəbul olunacaq. Layihələrin qəbul tarixi 10 fevral - 20 fevral arasında aparılacaq. Müsabiqənin
qalibi Azerbaijan Design Award 2020 layihəsinin final gecəsində canlı elan ediləcək.
İştirak şərtləri:
- İştirakçı olmaq üçün rəsmi saytda qeydiyyatdan keçmək lazımdır.
- Hər iştirakçı mövzu üzrə maksimum 2 versiya təqdim edə bilər.
- Hər layihə mütləq 5 şəkildən (jpeg) ibarət olmalıdır. 
- Hər yüklənən şəklin maksimum ölçüsü 2 mb olmalıdır.
- Təqdim olunan layihənin izahedici mətni olmalıdır.
- Təqdim olunan layihələr sizə məxsus olmalıdır.
Qeydiyyat linki: azerbaijandesignaward.com/register
UNESKO-nun Yaradıcı Şəhərlər Şəbəkəsi haqqında məlumat: https://en.unesco.org/creative-cities/home