Xəbərlər

image

Azerbaijan Design Award 2020 müsabiqəsinin Final gecəsinin tarixi bəlli oldu!

Azerbaijan Design Award 2020 layihəsinin final gecəsi 2 mart, saat 18:30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı nda baş tutacaq.

Bu artıq bir dizayn tədbiri yox, möhtəşəm dizayn festivalıdır! 
Burada təşkil olunacaq dizayn ab-havasında sizi gözləyir:

- Canlı klassik musiqi
- Canlı caz (Milli musiqi alətləri ilə marağlı sintez)
- İsveçrə masası (furşet)
- Finalçıların işlərindən ibarət sərgi
- Məşhur dizaynerlərlə tanışlıq
- Geniş dizayn ictimaiyyəti ilə tanışlıq
- Ölkənin ən böyük musiqili teatrını canlı görmək
- Önəmli spikerləri dinləmək
- Qaliblərin seçimini canlı izləmək
- və s.

Giriş ÖDƏNİŞSİZDİR ‼️

*Bütün şəxslər ödənişsiz iştirak edə bilər. 
*Dəvətnamə əldə etmək üçün qısa zamanda məlumat veriləcək.

Teatr haqqında qısa məlumat:
1910–cu ilin sonlarında Bakıya Rusiyadan məşhur bir opera müğənnisi qastrola gəlir. Müğənninin şərəfinə verilən ziyafətlərdən birində Bakı milyonçusu Mayılov sənətçi qadından bir də bu şəhərə nə vaxt gələcəyini soruşur. Aktrisa "heç vaxt!" deyə cavab verir. Milyonçu bu cavabın səbəbi ilə maraqlandıqda müğənni qadın deyir: "Belə böyük şəhərdə oxumağa opera binası yoxdursa, gəlməyimin nə mənası var?" Bu sözlər bakılı milyonçuya bərk təsir edir və elə oradaca qadına söz verir ki, cəmi bir il ərzində opera teatrı üçün gözəl bina tikdirəcək.
Gələcək teatr binası üçün Qubernski – Torqovı (indiki Nizami) küçəsində yer alınır və tikinti başlayır. Bu cür təşəbbüsləri həmişə alqışlayan Hacı Zeynalabdin Tağıyev bildirir ki, belə bir binanı bir ilə tikmək qeyri – mümkündür. Mərc gəlirlər ki, əgər opera teatrı vaxtında hazır olsa, onun bütün xərclərini Tağıyev çəkəcək.
Beləliklə, cəmi on ay ərzində – 1910 – 1911-ci illərdə memar N. Q. Bayevin layihələşdirdiyi teatr binası hazır olur. Ölkəmizdə ən böyük musiqili teatrı olan Azərbaycan Opera və Balet Teatrı 1920-ci ildən bu günədək bu yaraşıqlı binada fəaliyyət göstərir. 1928-ci ildə teatra M.F.Axundovun adı verilmişdir. Bu sənət məbədi 1959 – cu ildən Akademik Opera və Balet Teatrı adlanır.