Xəbərlər

image

Azerbaijan Design Award 2020 başladı!

Ölkənin yeganə dizayn müsabiqəsi Azerbaijan Design Award 2020 rəsmi olaraq start götürdü! Artıq 2-ci dəfə təşkil olunan dizayn festivalını gənc dizaynerlər Rəhim İsmayılov (müəllif, həmtəsisçi), Ramin Nəsirov (həmtəsisçi) və Elşən Quliyev (həmtəsisçi) təşkil edir. 10 dizayn sahəsini bir araya gətirən yeganə tədbir, ölkədə dizayn səviyyəsinin yüksəldilməsinə və keyfiyyətini qorumasına xidmət edir. İlk müsabiqədən fərqli olaraq bu il 10 kateqoriya üzrə dizaynerlər yarışacaq. Bu kateqoriyalara brendinq, qablaşdırma dizaynı, illustrasiya, veb dizayn, tətbiqetmə dizaynı, outdoor reklam, çap dizaynı, interyer dizaynı, eksteryer dizaynı və sənaye dizaynlarıdır.

Azerbaijan Design Award layihəsində dizaynerlər üçün hər bir şey tamamilə ödənişsizdir. Yaşından asılı olmayaraq istənilən həvəskar və peşəkar dizayner bu tədbirə qatıla, öz yaradıcılığını peşəkar münsiflərə təqdim edə bilər. 

Tədbirdə 9 xarici və 9 yerli mütəxəssis münsif olaraq səsvermə aparacaq. Səsvermə online şəkildə və anonim olaraq aparılacaq.

Bu il bu müsabiqəyə 500-dən artıq dizaynerin qoşulacağı gözlənilir. Tədbir mart ayının əvvəlində möhtəşəm final gecəsi ilə başa çatacaq.

Qeydiyyat!