Xəbərlər

image

ADA22-də rekord sayda layihə ilə qəbul sona çatdı!

Azerbaijan Design Award 22-də 33 gündür davam edən qəbul nəhayət ki, dünən gecə bitdi. Ümumi 668 layihə qəbul olundu. Yarımfinal mərhələsinə isə cəmi 585 layihə qəbul edildi. 83 layihə ilkin yoxlamalardan keçə bilmədi. 33 gün ərzində 540 yeni dizayner qeydiyyatı uğurla tamamladı. 
Növbəti mərhələ münsiflərin səsvermə mərhələsidir. Bütün yarımfinalçıları təbrik edirik və uğurlar arzulayırıq!