Haqqımızda
Azerbaijan Design Award
Azerbaijan Design Award Azərbaycanın ilk və yeganə dizayn müsabiqəsidir. Bu layihə 2018-ci ildə yaradılıb və 2019, 2020, 2022-ci illərdə keçirilib. Müsabiqə müxtəlif dizayn sahələrində çalışan yaradıcı şəxslərin layihələrinin yarışından ibarətdir.
Layihənin məqsədi:
Azerbaijan Design Award layihəsi ölkəmizdə bir ilkdir. Layihənin təsisçiləri Rəhim İsmayılov, Ramin Nəsirovdur və Elşən Quliyevdir. 2022-ci ildən layihənin təşkilatçılığını Azərbaycan Dizaynerlər Assosiasiyası həyata keçirir. Bu müsabiqə ölkədə dizayn səviyyəsinin yüksəldilməsi və stimullaşdırılması məqsədilə həyata keçirilir. Müsabiqənin əsas məqsədi ölkədə dizaynın keyfiyyətini yüksəltməkdir.
Layihənin gedişatı:
Saytımızda qeydiyyatdan keçdikdən sonra müvafiq kateqoriya üzrə işi təqdim etmək lazımdır. Təqdim olunan layihələri ilk öncə daxili heyət süzgəcdən keçirir. Burada layihələrin orijinallığı və keyfiyyəti nəzərə alınır. Qəbul olunan layihələr sayt üzərindən anonim olaraq münsiflərə təqdim olunur. Gizli səsvermə keçirildikdən sonra Finalçılar (short list) elan olunur. Bu siyahıda hər kateqoriya üzrə 5 layihə yer alır. Nəticələr final gününə qədər təşkilatçılar tərəfindən gizli saxlanılır. Final günü münsif, iştirakçı və digər dəvətlilərin qarşısında canlı olaraq 1, 2 və 3-cü yerin qalibləri elan olunur.
İştirak şərtləri:
- İştirakçı olmaq üçün rəsmi saytımızda qeydiyyatdan keçmək lazımdır.
- Hər iştirakçı istənilən kateqoriyaya istənilən sayda layihə təqdim edə bilər.
- Kateqoriya düzgün seçilməlidir. Əks halda kateqoriyanın dəyişdirilməsi ilə bağlı müraciət etməlisiniz.
- Hər layihə minimum 3 şəkildən ibarət olmalıdır.
- Hər yüklənən şəklin maksimum ölçüsü 3 mb olmalıdır.
- Təqdim olunan layihənin izah edici mətni olmalıdır.
- Təqdim olunan layihələr sizə məxsus olmalıdır.
- Layihəyə əvvəl təqdim olunan layihələr təkrar təqdim oluna bilməz.
- Müsabiqəyə həm fərd olaraq həm də komanda olaraq qoşulmaq mümkündür. Komanda olaraq təqdim olunan layihələrdə üzvlərin adları mətn bölməsində qeyd olunmalıdır.
Azerbaijan Design Award 2019
Layihə ilk dəfə 2 mart 2019 tarixində Bakı Gənclər mərkəzində baş tutub. Layihəyə 300-dən artıq dizayner qoşulub və 350-dən artıq layihə təqdim olunub. Tədbirin final gecəsində isə 350 nəfər iştirak edib. Hər kateqoriya üzrə 1 nəfər qalib seçilib (cəmi 8 nəfər). Sertifikat və hədiyyələrlə təltif olunub.
Azerbaijan Design Award 2020
Layihə 2-ci dəfə 2 mart 2020 tarixində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçirilib. Layihəyə 450-dən artıq dizayner qoşulub və 611 layihə təqdim olunub. Tədbirin final gecəsində isə 750 nəfər iştirak edib. Hər kateqoriya üzrə 1 nəfər qalib seçilib (cəmi 10 nəfər). Müsabiqə daxilində Bakı şəhərinin Unesco Yaradıcı Şəhərlər siyahısına salınmasına görə Baku Design City adında əlavə müsabiqə keçirilib keçirilib. Bütün qaliblər sertifikat və hədiyyələrlə təltif olunub.
Azerbaijan Design Award 2022
22 iyul 2022-ci il tarixində möhtəşəm Bakı Konqres Mərkəzində 3-cü dəfə müsabiqənin final gecəsi keçirilib. Layihəyə 540-dən artıq dizayner qoşulub və 668 layihə təqdim olunub. Tədbirin final gecəsində isə 600 nəfərdən çox şəxs iştirak edib. Hər kateqoriya üzrə 1 nəfər qalib seçilib (cəmi 11 nəfər). Bütün qaliblər sertifikat və hədiyyələrlə təltif olunub.
Təşkilatçılar

Rəhim İsmayıl
Həmtəsisçi, müəllif
