Azerbaijan Design Award — 2018-ci ildə təsis edilmiş, dizayn sahəsində yaradıcı və istedadlı şəxsləri kəşf etmək, sənayenin keyfiyyət standartlarını yüksəltmək, dizayn və yaradıcı sənayeni inkişaf etdirmək məqsədi daşıyan beynəlxalq və peşəkar müsabiqə platformasıdır.
Bu, Azərbaycanda dizayn sahəsinə həsr olunmuş ilk və yeganə peşəkar müsabiqədir. Müsabiqə 10-dan çox dizayn istiqamətində 40-a yaxın kateqoriya üzrə fəaliyyət göstərən peşəkarları bir araya gətirərək, sahənin inkişafına töhfə verir. Layihənin təsisçisi və rəhbəri — kreativ direktor və dizayner Rəhim İsmayıldır.
Azerbaijan Design Award indiyə qədər 2019, 2020, 2022 və 2023-cü illərdə təşkil olunub. 2025-ci ildə müsabiqə 5-ci dəfə keçiriləcək və son iki ildir ki, Azərbaycan Dizaynerlər Assosiasiyası tərəfindən təşkil olunur.
Müsabiqədə istənilən yaradıcı fərd və ya komanda iştirak edə bilər. İştirak üçün sadəcə qeydiyyat mərhələsini tamamlamaq və müsabiqə şərtlərini qəbul etmək kifayətdir.
(Tam tarixlər yaxın zamanda təşkilatçılar tərəfindən elan olunacaq.)
Müsabiqəyə hər il yerli və xarici ölkələrdən peşəkarlar dəvət olunur. Burada həm akademik münsiflər həm də peşəkar dizaynerlər yer alır. İndiyədək dünyanın ən məşhur agentlik və şirkətlərindən 100-ə yaxın münsif layihəyə cəlb edilib. Bu ölkələr arasında Azərbaycan, Amerika Birləşmiş Ştatları, Almaniya, Yaponiya, Belçika, Türkiyə, Rusiya, İtaliya, Kanada və s. var.
Müsabiqədə münsif kimi iştirak etmək istəyən şəxslər aşağıdakı formu dolduraraq müraciət edə bilər:
Qalibləri nə gözləyir?